KRİMİNAL XRONİKA

İyulun 4-də Nizami RPİ 24-cü PŞ-yə müraciət edən ...

10.07.2019

İyulun 4-də Nizami RPİ 24-cü PŞ-yə müraciət edən Bakı şəhər sakini E.Talıbov ötən il noyabrın 23-də Q.Qarayev prospektində naməlum şəxsin onu bıçaqla hədələyib 340 manat dəyərində gümüş qolbağısını aldığını bildirmişdir. 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini O.Cəfərli saxlanılmışdır. 

Nizami RPİ 24-cü PŞ-yə müraciət edən Bakı şəhər sakini T.Tanrıverdiyev iyulun 10-da saat 1 radələrində naməlum şəxsin onu bıçaqla hədələyərək pul verməsini tələb etməsini, istədiyinə nail olmadıqda ona əlindən bıçaqla xəsarət yetirib hadisə yerini tərk etdiyini bildirmişdir. 24-cü PŞ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Nuriyev saxlanılmışdır. Araşdırma aparılır.