KRİMİNAL XRONİKA

Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən ...

22.07.2019

Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən cari il mayın 3-dən 16-dək olan müddətdə rayon ərazisində 1 avtomobildən məişət əşyası və akkumulyator, 1 evin həyətindən isə su mühərriki oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş V.Rəhimov saxlanılmışdır.

Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən iyulun 21-də Göygöl rayon sakini B.Fərəcova zor tətbiq edib 50 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ayupov saxlanılmış, digər şəxs isə müəyyən edilmişdir.

Nəsimi RPİ 22-ci PŞ, Xətai RPİ 34 və 36-cı PB və Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən iyulun 19-da  idman zallarının birindən 50 manat, fotoaparat və noutbuk oğurlamaqda şübhəli bilinən K.Alcanov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 21-də Xətai rayonu ərazisindəki mağazaların birindən kassa aparatı, habelə iyulun 22-də Bakı şəhər sakini R.Dadaşzadə ilə birgə 1 mağaza və 1 aptekdən oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir.