KRİMİNAL XRONİKA

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

13.08.2019

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il fevralın 23-də Bakı şəhər sakini E.Həsənova məxsus “BMW” markalı avtomobildən 25 manat, qol saatı və 2 ədəd bankomat kartı oğurlamaqda  şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş S.Pənahov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun iyunun 4-də Bakı şəhər sakini olan bir vətəndaşın cibindən 80 manat pul oğurlaması da müəyyən edilmişdir.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 7-də Bakı şəhər sakini olan bir qadının içərisində 140 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini V.Məmmədov saxlanılmışdır.