KRİMİNAL XRONİKA

Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 6-cı PB əməkdaşlarının...

02.10.2019

Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 6-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də rayon ərazisindəki marketlərin birindən 1392 manat oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Y.Nuriyev saxlanılmışdır. 

Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə müraciət edən Sahil qəsəbə sakini E.Cəfərov sentyabrın 30-da saat 21 radələrində qəsəbə ərazisindən “BMW” markalı avtomobilinin qaçırıldığını və İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsinin törədilməsini bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qəbələ rayon sakini Ə.Osmanlı saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 21-də Qazax rayon sakini M.Eyyubovun 300 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş S.İsmayılov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun əvvəllər də daha 5 nəfərə qarşı dələduzluq etməsi müəyyən edilmişdir.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də rayon ərazisində “Opel” markalı avtomobildən 1320 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Cəfərov saxlanılmışdır.