KRİMİNAL XRONİKA

Oktyabrın 7-də Sabunçu rayonu ərazisindəki ...

07.10.2019

Oktyabrın 7-də Sabunçu rayonu ərazisindəki inzibati binaların birində Bakı şəhər sakini P.Axundovanın çantasına Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən texniki qurğu vasitəsi ilə baxış zamanı oradan pnevmatik tapança və ona aid 3 ədəd patron aşkar edilərək götürülmüş və müvafiq araşdırmaların aparılması üçün Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə təhvil verilmişdir. 

Oğurluq etdiyinə görə tutulmuş Ə.Şıxəliyevin ətrafında Xəzər RPİ 3-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun sentyabrın 6-da rayon ərazisindəki evlərin birindən 350 manat oğurlaması da müəyyən edilmişdir.