KRİMİNAL XRONİKA

Fevralın 16-da saat 20 radələrində Nəsimi rayonunun ...

16.02.2020

Fevralın 16-da saat 20 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində Qusar rayon sakini Ş.Həsənov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Balakən rayon sakini Əlixan Bayramovu vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən pul, qızıl-zinət əşyaları, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.Məmmədli saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini E.Hüseynovla birgə rayon ərazisindəki 2 oyun salonundan oyun aparatları, habelə 1 mağazadan ərzaq məhsulları oğurlaması da müəyyən edilmişdir.   E.Hüseynov da polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 avtomobildən məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Sadıqlı saxlanılmışdır. 

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də rayon ərazisində “Ravon” markalı avtomobildən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş E.Tağızadə saxlanılmışdır.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.İsmayılovanın mobil telefonunu və Ş.Rəsulovanın 2980 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Kərimov saxlanılmışdır.