KRİMİNAL XRONİKA

Mayın 22-də saat 2 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini...

22.05.2020

Mayın 22-də saat 2 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini X.Arıqovun idarə etdiyi “Xəzər” markalı avtomobilə sərnişin qismində oturmuş 3 nəfərin Binə qəsəbəsi ərazisində onu bıçaqla hədələyərək 100 manatını almaları barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olmuşdur.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür. Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Mustafayev, N.Abbasov və əvvəllər məhkum olunmuş İ.Məmmədov müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır. 

Mayın 22-də saat 23 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Əliyev idarə etdiyi “Nissan” markalı avtomobili aşırmışdır. Nəticədə  avtomobildəki sərnişin - paytaxt sakini Azər Bədirli hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Mayın 21-də saat 23 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini H.Şamilov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış “Toyota Prado” və “VAZ-2107” markalı avtomobillərə vurmuş, sonra isə yolun kənarı ilə gedən E.Almazova dəymişdir. Nəticədə E.Almazov və H.Şamilovun sərnişini Firqət İsgəndərov xəstəxanaya yerləşdirilmiş, F.İsgəndərov orada ölmüşdür.
Xətai RPİ tərəfindən araşdırma aparılır.

Mayın 23-də saat 1 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Pərviz Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 20-25 yaşlı qadını vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.