KRİMİNAL XRONİKA

Bakı şəhər BPİ CAİ və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri...

25.05.2020

Bakı şəhər BPİ CAİ və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 17-də rayon ərazisindəki evlərin birindən 10 000 manat pul və 4 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş N.Salayev, T.Cəlilov və Ə.Əliyev saxlanılmışlar.

Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Qiyasovdan 1,680 qram və rayon ərazisində yerləşən ona məxsus evə baxış zamanı isə 10 kiloqram marixuana aşkar edilərək götürülmüşdür.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il fevralın 1-də və martın 9-da rayon ərazisindəki 2 evdən ümumilikdə 1700 manat pul, 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Ağasıyev saxlanılmışdır.