KRİMİNAL XRONİKA

Binəqədi RPİ 4-cü PŞ və 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

30.05.2020

Binəqədi RPİ 4-cü PŞ və 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  fevralın 10-da Bakı şəhər sakini R.İsayevə məxsus “KİA” markalı avtomobildən noutbuk və fləşkart oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bu il fevralın  7-dən aprelin 14-dək olan müddətdə rayon ərazisindəki 1 aptekdən 1400 manat pul, sənədlər və 500 manat dəyərində dərman preparatları ,  3 mağazadan isə 120 manat pul, 2200 manat dəyərində tütün məmulatı və ərzaq məhsulları oğurlaması da müəyyən edilmişdir.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  fevralın 10-dan aprelin 8-dək olan müddətdə Əmircan qəsəbəsindəki 3 evdən qaz sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qafarov saxlanılmışdır.