KRİMİNAL XRONİKA

Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən...

27.09.2021

Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş N.Süleymanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha 3 həyətdən təmir-tikinti alətləri, müşahidə kamerası, kombi, velosiped və bir kafedən 3000 manat dəyərində musiqi mərkəzi, 3 ədəd qəlyan aparatı və enerji içkiləri oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən rayon ərazisindəki marketlərin birindən 396 manat dəyərində spirtli içkilər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Cəfərzadə saxlanılmışdır.

Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xocəsən qəsəbəsi ərazisində yerləşən “Binəqədi Oil” şirkətinə məxsus neft quyularından, habelə şirkətə məxsus bir traktordan 21870 manat dəyərində borular və digər avadanlıqlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılmışdır.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Fatmayi bağlar sahəsində yaşayan N.Ağayevin evinin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 175 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.