KRİMİNAL XRONİKA

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının...

29.09.2021

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-də Biləcəri qəsəbəsi Binəqədi şossesində qəsəbə sakini A.Bayramovanın boynundan qızıl boyunbağını soyğunçuluq yolu ilə qoparıb qaçmaqda şübhəli bilinən Cəbrayıl rayon sakini N.Paşayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Seyidov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 25-də rayon ərazisində “Lexus” markalı avtomobildən 843 manat, 200 ABŞ dolları, 2 ədəd bank kartı və sənədlər oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini R.Qəhrəmanov saxlanılmışdır.