KRİMİNAL XRONİKA

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının...

05.10.2021

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 15-də Bakı şəhər sakini H.Tağıyevə zor tətbiq edib soyğunçuluq yolu ilə velosipedini almaqda şübhəli bilinən paytaxt sakini M.Kərimli müəyyən edilərək saxlanılmışdır.

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 30-da rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Əbilov saxlanılmışdır.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 2-də Qaraçuxur qəsəbə sakini A.Apayevin kart hesabından 1900 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Mövsümov saxlanılmışdır.