KRİMİNAL XRONİKA

10 həyətdən su sayğacları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

21.12.2021

10 həyətyanı sahədən su sayğacları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Xəlilov saxlanılmışdır
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 10 həyətyanı sahədən su sayğacları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Xəlilov saxlanılmışdır.