KRİMİNAL XRONİKA

Avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

06.06.2022

Suraxanı rayonunun Suraxanı qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxs avtomobillə birgə saxlanılmışdır
Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə iyunun 5-də Suraxanı qəsəbəsi ərazisindən qəsəbə sakini Q.Mənsimova məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən oğlu R.Mənsimov avtomobillə birgə saxlanılmışdır.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.