KRİMİNAL XRONİKA

Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini T.Babayev saxlanılıb

12.06.2022

Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini T.Babayev  müəyyən edilərək saxlanılıb
Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə iyunun 11-də Bakıxanov qəsəbəsində  Bakı şəhər sakin N.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşən bir nəfərin onun mobil telefonunu danışmaq adı ilə alıb avtomobildən düşərək qaçması barədə müraciət daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər də oğurluğa və soyğunçuluğa görə məhkum olunmuş T.Babayev  müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.