KRİMİNAL XRONİKA

Quldurluq törətməkdə şübhəli bilinən bir qrup paytaxt sakini saxlanılıb

19.09.2022

Bakı şəhər sakinləri E.Abbasov və R.Cahangirova qarşı quldurluq törətməkdə şübhəli bilinən bir qrup paytaxt sakini saxlanılıb
Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə sentyabrın 19-da 3 nəfərin Bakı şəhər sakinləri E.Abbasovu və R.Cahangirovu döymələri və E.Abbasovun 104 manatını quldurluq yolu ilə talamaları barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri E.Əsgərov, R.İsrafilov və Ə.Şərifov müəyyən olunaraq saxlanılıblar. 
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.