KRİMİNAL XRONİKA

“VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakini F.Quliyev saxlanılıb

18.09.2022

Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakini F.Quliyev saxlanılıb
Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə sentyabrın 14-nə keçən gecə Zabrat qəsəbəsi ərazisindən qəsəbə sakini E.Əhmədova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.  
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş F.Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.