KRİMİNAL XRONİKA

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Mustafayev və E.Qəhrəmanov saxlanılıblar

20.11.2022

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 3 evdən ümumilikdə 4000 manat pul, 4000 manat dəyərində məişət əşyaları və 1000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Mustafayev və E.Qəhrəmanov saxlanılıblar.
Araşdırma aparılır.