KRİMİNAL XRONİKA

Oğurluq etməkdə şübhəli bilinən Masallı rayon sakini R.Mirişov müəyyən edilərək saxlanılıb

20.11.2022

Nizami RPİ 24-cü Polis Şöbəsinə noyabrın 2-də rayon ərazisindəki şadlıq saraylarının birində Bakı şəhər sakini olan qadının içərisində 1000 ABŞ dolları olan cüzdanının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş R.Mirişov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Sumqayıt ŞPİ tərəfindən Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən olunub.