KRİMİNAL XRONİKA

Sabunçu rayonunda 2 evdən, 1 həyətyanı sahədən və 1 mağazadan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Mahmudov saxlanılıb

23.11.2022

Sabunçu rayonunda 2 evdən, 1 həyətyanı sahədən və 1 mağazadan 4450 manat pul, qızıl əşyaları, məişət avadanlıqları və 800 manat dəyərində tütün məmulatlarının qeyri-aşkar şəraitdə talanması ilə bağlı polisə məlumatlar daxil olub. 
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş S.Mahmudov saxlanılıb.
Araşdırma aparılır.