KRİMİNAL XRONİKA

Soyğunçuluqda şübhəli bilinən Abşeron rayon sakini Ü.İbayev saxlanılıb

30.11.2022

Noyabrın 29-da Yasamal rayonu ərazisində Bakı şəhər sakini M.Əliyevin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. 
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Ü.İbayev saxlanılıb. Araşdırmalarla onun noyabrın 26-da Bakı şəhər sakini N.Hüseynovun mobil telefonunu soyğunçuluq yolu ilə talaması da  məlum olub.  
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.