KRİMİNAL XRONİKA

Ümumi çəkisi 49,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

03.03.2023

Polis əməkdaşlarının martın 3-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 49,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 22,2 kiloqramdan artıq heroin, 19,5 kiloqrama yaxın marixuana, 93 qram tiryək, 7,3 kiloqramdan çox metamfetamin, 13 ədəd çətənə kolu, həmçinin 2450 ədəd yüksək təsiredici xassəyə malik həblər olub. 
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.