KRİMİNAL XRONİKA

Paytaxtın Nizami rayonu ərazisində avtobusda soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Qəniyev saxlanılıb

09.03.2023

Paytaxtın Nizami rayonu ərazisində “Daewoo” markalı bir marşrut avtobusundan içərisində pul olan cüzdanın soyğunçuluq yolu ilə talanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş V.Qəniyev müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.