KRİMİNAL XRONİKA

Qadının cüzdanını talamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Həmzəyev saxlanılıb

15.03.2023

Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 14-də paytaxt sakini olan bir qadının içərisində 4800 manatı və sənədi olan cüzdanını quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Həmzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.