KRİMİNAL XRONİKA

Keşlə qəsəbəsində həyətdən inşaat materiallarını oğurlamaqda şübhəli bilinən İ.Abbasov saxlanılıb

14.03.2023

Martın 13-də Nizami rayonunun Keşlə qəsəbəsindəki evlərdən birinin həyətindən 10.000 manat dəyərində inşaat materiallarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini İ.Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.