KRİMİNAL XRONİKA
Otellərin birindən oğurluq etməkdə şübhəli bilinən Şəki rayon sakini S.Ağammədov saxlanılıb
14.03.2023
Martın 11-də gecə saatlarında Səbail rayonu ərazisində yerləşən otellərin birindən 1770 manat dəyərində 2 ədəd güldan, suvenir əşya və təmir alətinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Şəki rayon sakini S.Ağammədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.