KRİMİNAL XRONİKA

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

17.03.2023

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş C.Abuzərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.