KRİMİNAL XRONİKA
Binəqədi qəsəbəsində iki avtomobildən oğurluq etməkdə şübhəli bilinən A.Abbasov saxlanılıb
16.05.2023
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Binəqədi qəsəbəsi ərazisində “Mercedes” və “Hyundai” markalı iki avtomobildən yan güzgü, pul, içərisində sənədlər və bank kartları olan çanta oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.