KRİMİNAL XRONİKA

Nizami rayonunda evdən oğurluq etməkdə şübhəli bilinən Cəlilabad rayon sakini M.Kərimov saxlanılıb

26.05.2023

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri  əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş M.Kərimov saxlanılıb. Araşdırma aparılır.