KRİMİNAL XRONİKA

Bakı şəhər sakininin bank kartından 470 manatı oğurlamaqda şübhəli bilinən E.Səfərəliyev saxlanılıb

07.06.2023

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 2-də Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 470 manatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Səfərəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.