KRİMİNAL XRONİKA

Nizami rayonunda gözəllik salonundan qadınların çantalarından oğurluq etməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunub

06.06.2023

İyunun 4-də axşam saatlarında Nizami rayonunun Q.Qarayev prospektində yerləşən gözəllik salonlarının birində iki qadının çantasından içərisində ümumilikdə 720 manat pul, bank kartları və sənəd olan cüzdanlarının oğurlanması barədə polisə məlumat daxil olub. 
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən olunub. Araşdırma aparılır.