Rəhbərlik

Bakı şəhər Baş Polis İdarəsinin rəisi
polis general-mayoru Seyidov Mirqafar Mircəfər oğlu

1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1983-1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

1989-cu ildə daxili işlər orqanlarında xidmətə başlamış, cinayət axtarışı strukturlarında müxtəlif vəzifələrdə işləmişdir. 2005-2007-ci illərdə DİN-in Miqrasiya Xidmətinin rəis müavini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, Daxili Təhlükəsizlik İdarəsinin rəisi, 2007-2014-cü illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifələrində işləmişdir.

2014-cü ilin noyabr ayında Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 393 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.

Cinayətlərin qarşısının alınması və açılması, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 iyun tarixli 1545 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. 

Ailəlidir. Üç övladı var.

 

Bakı şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işi üzrə
müavini, 
polis general-mayoru Hacıyev Teymur Kamil oğlu

1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 

1997-ci ildə DİN-in Polis Akademiyasını bitirmişdir.

1993-cü ildən daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində istintaq xidmətində müxtəlif məsul vəzifələrdə işləmişdir. 

2014-2019-cu illərdə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin şöbə rəisi və həmin Baş İdarənin rəis müavini, Zərdab rayon Polis Şöbəsinin, Mingəçevir şəhər Polis Şöbəsinin rəisi vəzifələrində xidmət etmişdir.

2019-cu ilin sentyabr ayında Bakı şəhər BPİ rəisinin əməliyyat işi üzrə rəis müavini vəzifəsinə təyin olunmuşdur.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2019-cu il tarixli 1306 nömrəli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Ailəlidir, 2 övladı var.

 

Bakı şəhər Baş Polis İdarəsi rəisinin xidmət üzrə müavini,
polis general-mayoru Abdullayev Zaur Natiq oğlu

1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə Perm Ali Hərbi Komandirlər Məktəbini, 2016-cı ildə isə DİN-in Polis Akademiyasını bitirmişdir. 1986-cı ildən daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışmışdır.

Müxtəlif illərdə DİN-in Daxili Qoşunlarında tağım, bölük, qərargah rəisi, hərbi hissə komandiri, Əlahiddə Çevik Polis Alayının rəisi vəzifələrində işləmişdir. 2019-cu ilin yanvar ayında Bakı şəhər BPİ rəisinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunmuşdur.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  2015-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş, 2016-cı ildə polis general-mayoru xüsusi rütbəsi verilmişdir. Ailəlidir, iki övladı var.

 

Bakı şəhər Baş Polis İdarəsi rəisinin müavini, 
polis polkovniki Ələkbərov Vüqar Hidayət oğlu

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Ələkbərov Vüqar Hidayət oğlu

1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur. 

2004-ci ildə DİN-in Polis Akademiyasını bitirmişdir.

1998-cü ildən daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə işləmişdir. 2004-2009-cu illərdə Polis Akademiyasında “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasında müəllim, 2009-2014-cü illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bölmə, şöbə rəisi, 2014-2020-cü illərdə Bakı şəhər BPİ-nin Təşkilat-İnspektor İdarəsinin rəisi vəzifələrində xidmət etmişdir.  

2020-ci ilin iyun ayında Bakı şəhər BPİ rəisinin müavini vəzifəsinə təyin olunmuşdur.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə  Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2013-cu il tarixli sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

Ailəlidir, 2 övladı var.