Xəbərlər

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini saxlanılıb

16.11.2021


Nizami RPİ-nin 23-cü Polis Bölməsinə noyabrın 16-da rayon ərazisindən Bakı şəhər sakini A.Həsənova məxsus “KİA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün yol kənarında dayanmış 2 avtomobilə dəymiş vəziyyətdə tapılmışdır.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov müəyyən edilərək saxlanılmışdır. 
Nizami RPİ tərəfindən araşdırma aparılır.