Xəbərlər

YENİ TƏYİNATLAR VAR...

17.12.2016

Tədbirdə Bakı Şəhər BPİ Kadrlar İdarəsinin rəisi, polis polkovniki Elçin Əsədov namizədlərin diqqətinə çatdırıb ki, püşkatmada iştirak etmək məqsədilə Baş İdarəyə 32 nəfər dəvət edilib, indiki mərhələdə 13 nəfər seçiləcək.
 
Növbəti mərhələdə qalan namizədlərin də müvafiq vəzifələrə təyinatı ilə bağlı püşkatmanın keçiriləcəyini deyən idarə rəisi vakant vəzifələrin və namizədlərin siyahısını elan edib.  

Daha sonra sıravi və kiçik rəis heyəti vəzifələrinə iddaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.

Tədbirin yekununda seçilən namizədləri həyatlarında əlamətdar günlərdən biri -  sıravi və kiçik rəis heyəti vəzifələrinə irəli çəkilmələri münasibətilə təbrik edən polis polkovniki onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polisin adını və şərəfini uca tutmağı, Vətənə, xalqa və xidməti borca sadiq qalmalarını tövsiyə edib.

Xatırladaq ki, vakansiyalar üçün keçirilən püşkatma daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Əlahiddə Çevik Polis Alayında aprelin 23-də paytaxt üzrə daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar seçilən namizədlər arasında aparılır.