Xəbərlər

Paytaxt sakinindən 2 kiloqrama yaxın tiryək və odlu silah götürülüb

16.03.2017

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Vasif Abbasovdan 4,726 qram tiryək, 8 ədəd 50 milliqramlıq tramadol, 1 ədəd 300 milliqramlıq pregavalin, 2 tropikamiddin polimer qabda olan maye, yaşadığı evə baxış zamanı isə 1 kiloqram 545 qram tiryək və nömrəsi silinmiş “Naqan” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.