Xəbərlər

Daxili işlər naziri Göyçayda vətəndaşları qəbul edəcək

06.04.2017

Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov aprelin 29-da saat 10:00-da Göyçay Rayon Polis Şöbəsində Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.