Xəbərlər

Vətəndaşlardan təşəkkür məktubları

03.05.2017

Bakı şəhər sakini Qasımov Nurəddin Baləhməd oğlu göndərdiyi məktubunda bildirir ki, fevralın 14-də Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən evindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Xəzər Rayon Polis İdarəsinə məlumat verib. Baş verən cinayət əməlini törədənlərin  rayon polisi tərəfindən tutularaq məsuliyyətə cəlb edildiyini qeyd edən vətəndaş vurğulayır ki, polis tərəfindən onlara dəyən maddi ziyan, oğurlanan əşyalar müəyyən olunaraq qaytarılıb. N.Qasımov məktubunda polisin peşəkarlığından bəhs edir, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

26.04.2017

Bakı şəhər sakini İradə Adıgözəlova Səbail Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Anar Hacıyev və şöbə əməkdaşlarından razılığını bildirir, üzləşdiyi problemə ədalətli yanaşmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

24.04.2017

İçərisində 1600 manat və sosial müavinət kartı olan pul kisəsinin 36-cı Polis Bölməsin əməkdaşı Pərvin Məmmədov tərəfindən tapılaraq ona qaytarılması ilə bağlı DİN rəhbərliyinə təşəkkür məktubu ünvanlayıb. Nərimanov rayon sakini Sona Əsgər qızı Hüseynova vətəndaşlıq mövqeyi göstərən Polisə özü və ailəsi adından təşəkkürünü bildirir.

19.04.2017

Göyçay rayon sakini Elgün Kazımov DİN rəhbərliyinə müraciət edərək “Kamaz” markalı avtomobili ilə törətdiyi avtoqəzanın nəticələrinin düzgün və obyektiv araşdırılması, avtomobilinin özünə qaytarılması ilə bağlı üzləşdiyi problemin ədalətli həllində ona köməklik göstərilməsini xahiş edib. DİN-in göstərişi ilə qısa vaxt ərzində Bakı Şəhər BPİ-nin Təhqiqat və İstintaq İdarəsində aparılan araşdırma vətəndaşın razılığı ilə nəticələnib, ədalətli qərar qəbul edilib. O, ünvanladığı təşəkkür məktubunda ona göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edir.

18.04.2017

Bakı şəhərində yaşayan Zəngilan rayonundan olan məcburi köçkün Əbülfət Əhmədov Bakı şəhər BPİ rəhbərliyinə ünvanladığı məktubunda Xətai RPİ İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Samir Həsənova minnətdarlığını bildirir, ailəsində yaranan problemin həllində ədalətli yanaşmaya, göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirir.

17.04.2017

Şirvan şəhər sakini Rahil Məlikov hüquqlarının pozulması ilə əlaqədar olaraq, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib. Müraciəti üzrə məsələnin çox qısa zaman ərzində öz həllini tapdığına görə, DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vətəndaş vurğulayır ki, BPİ rəisinin şəxsi heyət üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev məsələyə ədalət müstəvisindən yanaşaraq, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarına hörmət və ehtiram göstərib.

15.03.2017