Xəbərlər

Gecələr küçələrdə park edilmiş maşınlara və toydan çıxan qadınlara hücum olunması barədə yayılan xəbərlərlə bağlı

06.07.2017

Son günlərdə bəzi internet-qəzetlərdə Bakıda yeni quldur dəstəsinin peyda olması, gecələr küçələrdə park edilmiş maşınlara, toydan çıxan qadınlara hücum etməsi, quldurluq və soyğunçuluq hadisələri törətməsi barədə təsdiq olunmamış, cəmiyyətdə əsassız panika yaratmağa yönəlmiş məlumatlar yayılıb.

Bildiririk ki, əvvəla, bunlar ayrı-ayrı epizodlarda baş verən və ayrı-ayrı adamlar tərəfindən törədilən quldurluq və soyğunçuluq hadisələridir. Sonra, bu istiqamətdə daxil olmuş şikayətlər əsasında, konkret hadisələrlə bağlı cinayət işləri qaldırılmış və əksəriyyəti isti izlərlə açılmış, şübhəli şəxslər məsuliyyətə cəlb olunmuşdur.

Hazırda əməliyyat-istintaq işləri davam etdirilir. Bakı Şəhər Baş Polis İdarəsi bu cür yoxlanılmamış məlumatların cəmiyyətdə əsassız çaşqınlıq yaratmağa xidmət etdiyini və əldə olunmuş məlumatların yayımdan əvvəl bir neçə mənbədə yoxlanılmasının vacibliyini bir daha xatırladır.