Xəbərlər

Vətəndaşların nəzərinə

01.11.2017

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2017-ci il noyabr ayının 25-də saat 10:00-da Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərini Sumqayıt şəhər Polis İdarəsində qəbul edəcəkdir.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.