Xəbərlər

Bakı şəhər BPİ-də tədbir keçirilib

06.09.2018

Bakı şəhər BPİ-nin rəis müavini, polis general-mayoru Səhlab Bağırovun sədrliyi ilə keçirilən tədbirdə Baş İdarənin idarə, şöbə, bölmə rəisləri, RPİ-lərin xidmət  üzrə rəis müavinləri, DQİDK sədrinin müavini Səyavuş Heydərov iştirakı ediblər. 
BŞBPİ-nin rəis müavini Səhlab Bağırov tədbiri açaraq sözü DQİDK sədrinin müavini Səyavuş Heydərova verib.  S.Heydərov çıxışında bildirib ki, Azərbaycanda ictimai-siyasi, o cümlədən dini durum sabitdir, Azərbaycan dövlətinin din sahəsindəki başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsidir.
Sonra Azərbaycandakı dini durum sahəsində baş verən proseslər, tendesiyalar, o cümlədən bəzi xarici ölkələrin nəzarətində olan mərkəzlər tərəfindən respublikamıza qarşı dini müstəvidə yönəlmiş təhdid və təsirlər müzakirə olunub.
Daha sonra BŞBPİ-nin rəis müavini, polis general-mayoru Səhlab Bağırov çıxış edərək dini radikalizmə qarşı mübarizədə aidiyyəti qurumlarla, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyətin əhəmiyyətindən danışıb, bu sahədə əldə olunmuş müsbət nəticələri qeyd edib. S. Bağırov bundan sonra da birgə fəaliyyətin daha da gücləndirilməsi, mütəmadi olaraq məlumat mübadiləsinin, eyni zamanda Məhərrəmlik ayı ilə əlaqədar ictimai-siyasi asayişin qorunması ilə bağlı zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib.