Xəbərlər

Yeni şəxsiyyət vəsiqələri "çip rider" vasitəsilə oxunur

11.12.2018

Yeni şəxsiyyət vəsiqələrinin çipində yerləşdirilən məlumatların oxunmasının mümkünsüzlüyü barədə müəyyən iddialar var. Harda ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunmadığı qurumlarda proqram yenilənməlidir. Şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə tutulan xüsusi fayllar cari ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin, eləcə də Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytlarında yerləşdirilərək istifadə qaydası barədə ətraflı məlumat verilib.
 
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi, polis mayoru Jalə Nəsibovanın sözlərinə görə, hüquqi və fiziki şəxslər həmin faylları Daxili İşlər Nazirliyinin və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəsmi internet saytlarında yerləşdirilən  və linklərindən yükləyərək istifadəçi təşkilatın (fiziki və hüquqi şəxsin) istifadə etdiyi proqram təminatına inteqrasiya etməklə vəsiqə sahibi barədə məlumatları xüsusi qurğu olan "çip rider" vasitəsilə oxuya və zərurət olduqda eksport edə bilərlər. 

Şöbə rəisi bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqələri 6 dövlət qurumunun məlumatları əsasında hazırlanır. Elektron daşıyıcı (çip) olan şəxsiyyət vəsiqəsinin üstünlüyü onun Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğun hazırlanması, ən əsası isə elektron daşıyıcının olmasıdır. Həmin çipdə vətəndaşın əsas anket məlumatlarından əlavə valideynlərinin, həyat yoldaşının, uşaqlarının soyadı, adı və elektron imzası da yerləşdirilir.