Xəbərlər

Quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

14.12.2018

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini E.Hüseynova tanımadığı şəxsin Mətbuat prospektində küt alətlə ona xəsarət yetirərək içərisində pulu, 2 ədəd yaddaş kartı və sənədləri olan çantasını aldığını bildirib.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və 28-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunan  Məcid İsmayılov tutulub. 

Faktla bağlı araşdırma aparılır.