Xəbərlər

Narkokuryerler müəyyən olunaraq saxlanılıb

31.01.2019

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini A.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin götürülmüşdür.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.İsakov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmış, ondan heroin götürülmüşdür.

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini R.Həbibov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin götürülmüşdür.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş P.Qurbanov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan da heroin götürülmüşdür.