Xəbərlər

Yol qəzalarının ərazilər üzrə təhlili aparılıb

21.02.2019

Ötən ilin statistikasına əsasən, Bakı şəhəri üzrə 619 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə, 212 nəfər həyatını itirib, 529 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
 
Bakı Şəhər BPİ DYPİ-dən verilən məlumata görə, ümumilikdə qəzaların ən çox Ziya Bünyadov, Heydər Əliyev, Qara Qarayev, Azadlıq, Neftçilər, Nobel, Moskva prospektlərində, habelə Buzovna, Maştağa yolu, eləcə də, Kənar Dairəvi Yolda və ölkə əhəmiyyətli magistrallarda baş verir. 
 
Məlumatda vurğulanır ki, yol qəzalarının sayı, insan tələfatı halları ötən illərlə müqayisədə azalsa da, hadisələrin eyni ərazilərdə baş verməsi narahatlıq doğurur. Bu məqsədlə, müvafiq təhlil və araşdırmalar aparılıb. Bu səbəbdən müvafiq qurumlar həmin küçə və prospektləri müəyyən etməklə, yollarda qəzaların aradan qaldırılması üçün interaktiv xəritə hazırlanacaqdır.