Xəbərlər

Avtomobil qaçıran şəxs saxlanılıb

26.02.2019

Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən Çiçək qəsəbə sakini E.Cəbrayılov fevralın 24-də saat 19 radələrində qəsəbə ərazisindən “VAZ-21011” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 20 radələrində Sulutəpə qəsəbəsinin ərazisində hasara vurulmuş vəziyyətdə tapılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini K.Quliyev polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Faktla bağlı araşdırma aparılır.