Xəbərlər

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

02.03.2019

Martın 1-də saat 4 radələrində Pirallahı rayonunun C.Cabbarlı küçəsindən S.Əliyevin “VAZ-2106” markalı avtomobili qaçırılmışdır.

Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Rzayev saxlanılmışdır.
 
Araşdırma aparılır.