Xəbərlər

Polislərin şahmat turniri

26.04.2019

Aprelin 25-də Bakı şəhər BPİ-nin inzibati binasında paytaxtın polis orqanları arasında ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunan şahmat turnirinin açılış mərasimi keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib. 
Daha sonra Bakı şəhər BPİ  Kadrlar İdarəsinin rəisi, polis polkovniki Elçin Əsədov qeyd edib ki, hər il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ildönümünə həsr olunan bir çox tədbirlər, o cümlədən polis əməkdaşları arasında şahmat yarışları təşkil edilir. Şahmatın əməkdaşların çevik qərar qəbuletmə, mürəkəb şəraitlərdə taktika seçmək kimi vərdişlərinin inkişafına kömək etdiyini deyən idarə rəisi, bir idman növü kimi, polislərin bu sahədə də  özlərini sınadıqlarını, nailiyyətlər əldə etdiklərini bildirib. 
Açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə  iştirakçılara müvəffəqiyyət arzulayıblar.
Çıxışlardan sonra turnirə start verilib.
Qeyd edək ki, Bakı şəhər BPİ tərəfindən təşkil olunan yarışlar İsveçrə sistemi üzrə keçirilir. On dörd komanda tərkibində mübarizə aparan polis əməkdaşları şəxsi və komanda birinciliyi uğrunda yarışacaqlar.