Xəbərlər

Futzal turnirinə yekun vurulub

04.05.2019

Bakı şəhəri üzrə Polis Qarnizonun şəxsi heyəti arasında keçirilən futzal turniri yekunlaşıb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş yarışda birinci yerə Suraxanı rayon Polis İdarəsinin, ikinci yerə Nizami Rayon Polis İdarəsinin, üçüncü yerə isə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin komandaları çıxıb. 

Tədbirin bağlanış mərasimində Bakı şəhər BPİ Kadrlar İdarəsinin rəisi, polis polkovniki Elçin Əsədov qalibləri təbrik edib, onlara xidməti işlərində uğurlar arzulayıb. O, xatırladıb ki, turnir Bakı şəhər BPİ rəisi tərəfindən təsdiqlənmiş tədbirlər planına müvafiq olaraq keçirilirdi. Paytaxt polisinin orqan və hissələri arasında baş tutan turnirdə 15 komanda iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışlarda hər bir komandanın əzmlə mübarizə apardığını deyən idarə rəisi ulu öndərin xatirəsinə həsr olunmuş turnirin növbəti illərdə də yüksəsk səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. 

Qaliblər kubok və medallar təqdim olunub.