Xəbərlər

Anbardan oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub

15.05.2019

Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olmuşdur.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılmışdır. Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevral ayının 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40 min manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov qısa müddətdə müəyyən edilərək saxlanılmışdır. 

Araşdırma aparılır.