Xəbərlər

Avtomobillərdən telefon oğurlayan Ağdam rayon sakini saxlanılıb

27.05.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da rayon ərazisində “VAZ-2104” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş H.Şirinov saxlanılmışdır.

Ətrafında aparılımış tədbirlərlə onun mayın 20-21-də daha 2 avtomobildən mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Araşdırmalar davam etdirilir